Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.
Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb edilib.
Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 faiz çoxdur.
Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat dəyərində vəsait cəlb edib.