Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur.
2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib. Bu isə 2024-cü illə müqayisədə 412 reys və yaxud 3,1 dəfə çoxdur.