2025-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları 6369,9 milyon manat təşkil edib.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 4.2% və ya 278.8 milyon manat azalıb.
Xatırladaq ki, ötən il Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılırdı.
Beləliklə, DGK 2025-ci ildə büdcə üzrə proqnozu yerinə yetirə bilməyib.