Bakı-Astara dəmir yolu xəttində 2028-ci ilə qədər modernizasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bundan sonra həmin istiqamətdə sərnişin daşımaları mümkün olacaq.