Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azər Nəsirov Mərkəzin direktor müavini təyin edilib. Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.