Karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası Mirəli Seyidov vəfat edib.
Bu barədə Modern.az-a Karate Federasiyasından məlumat verilib.
"Azərbaycan Karate Federasiyası dərin hüznlə bildirir ki, uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr vermiş, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, əməkdar məşqçi və ictimaiyyətin nümunəvi nümayəndəsi Mirəli Seyidov vəfat etmişdir.