“İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyini gücləndirmək məqsədilə yeni satınalma proseduruna start verib.
Modern.az xəbər verir ki, məqsəd "İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi (SIEM)" həllinin müddətinin uzadılmasıdır.
Mərkəz bu satınalma üçün 1 583 922,42 azn vəsait ayırmağı planlaşdırır.