Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ölkənin turizm potensialının beynəlxalq səviyyədə təbliği məqsədilə dörd irimiqyaslı tender elan edib.
Modern.az xəbər verir ki, layihə dünyanın müxtəlif regionlarından jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin (info-turlar) təşkilini nəzərdə tutur.
Elan edilmiş dörd müsabiqə üzrə məbləğ 1 705 801,63 azn təşkil edir. Səfərlərin təşkili aşağıdakı ölkə qruplarını əhatə edir:
İspaniya, İtaliya və Fransa: 573 671,50 azn
Polşa, Çexiya, Macarıstan və Yunanıstan: 508 382,69 azn
Cənubi Koreya və İsrail: 474 911,96 azn
Böyük Britaniya və İrlandiya: 148 835,48 qzn