Rusiya hərbi birləşmələrinin Suriyadakı Qamışlı hərbi hava limanını tərk etdiyi barədə məlumat yayılıb. Modern.az xəbər verir ki, məlumatı Clash Report teleqram kanalı yayıb.
Məlumata görə, hərbi texnika nəqliyyat təyyarələrinə yüklənir.
Rusiya tərəfi hələlik məlumatla bağlı şərh verməyib.