Cənubi Koreyanın keçmiş Baş naziri Li He Çan bazar günü Vyetnama işgüzar səfəri zamanı vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Onun 73 yaşı var idi.
Məlumata görə, Sülh Birliyi Məşvərət Şurasının (PUAC) baş vitse-prezidenti vəzifəsində çalışan Li Çan Vyetnamdakı Hoşimin şəhər xəstəxanasında ürək dayanmasından vəfat edib.
Beynəlxalq Hava Limanında geridönüş reysini gözləyərkən nəfəs darlığı hiss etdikdən sonra təcili yardımla xəstəxanaya aparılıb. Li Çan stent əməliyyatından keçirilsə də, vəfat edib.