2024-cü il üçün İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklara adi və güzəştli kreditləşmə üçün limitlərin ayrılması barədə məsələyə münasibət bildirilib.
Metbuat.az-ın sorğusuna cavab olaraq Fonddan qeyd ediblər ki, bu barədə hələki məlumat yoxdur.
“Limitlərin açılması ilə bağlı yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 461,7 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2022-ci illə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,9 % artaraq 492 milyon manat olub.
Gülbəniz Hüseynli / Metbuat.az