2023-cü ilin noyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 15.3% azalaraq 440.4 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi statistikada bildirilib. Qeyd edilib ki, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 25.8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31.8% azalıb.
Hüquqşünas qeyd edib ki, icra məmurları hazırda həbslə bağlı təqdimatı iki halda verirlər. Bunlardan biri fərdi sələmçilərə verilən ödəmələrə, ikincisi isə alimentlərə görədir:
“Vətəndaşın imkanı yoxdursa, o kredit borcuna görə həbs edilə bilməz. Borclunun üzürsüz səbəbdən və tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını icra məmuru məhkəmədə sübut eləməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da işləmək imkanı var, amma işdən yayınır. Xatırladım ki, borcunu ödəyə bilməməyə görə, Ali Məhkəmənin son illərdəki təcrübəsinə əsasən azadlığın məhdudlaşdırması kimi cəzalar tətbiq edilir”.