Dövlət Statistika Komitəsi Aparatının sabiq rəhbəri Ziyad Abbasəliyev yanvarın 21-də vəfat edib. Bu barərə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.
Dəfin mərasimi 22 yanvar 2026-cı tarixində mərhumun altıncı mikrorayondakı evində olacaq.
Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə qəbul olunub. Daha sonra təhsilini Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin İqtisadiyyat fakültəsində davam etdirib. Həmin məktəbi iqtisadçı ixtisasına yiyələnib. Ziyad Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə risi vəzifəsində işləyib. 1984-cü ildə Kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib. 1999-cu ildə Azərbaycanda əhalinin ilk siyahıyaalınmasının hazırlanıb kecirilməsinə rəhbərlik edib. 2009-cu il siyahıyaalınmasının hazırlanıb kecirilməsi yenidən ona tapşırılıb. 2005-ci ildə Z.Abbasəliyev Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib və 2015-i ilin sonuna qədər bu vəzifədə calışıb. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə təltif olunub. 2015cı ilin oktyabr ayında təqaüdə çıxıb. Allah rəhmət eləsin.