Kəlbəcər rayonundan Murovdağ silsiləsi istiqamətində hərəkəti təmin edən avtomobil yolunda nəqliyyatın müvəqqəti dayandırıldığı ilə bağlı məlumat yayılıb. Yayılan məlumatlarda yolun təxminən 1 həftə müddətinə bağlı qalacağı qeyd olunur.
Modern.az məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Murov yolunda heç bir problem yoxdur:
"Murov yolunda heç bir problem yoxdur. Yol açıqdır. Amma sürücülər ehtiyyatlı olsunlar. Həmin yola təcrübəsiz sürücülərin qalxması düzgün deyil. Sürücülər qış fəslinə uyğun avtomobillərdən istifadə etməlidir. Çünki həmin ərazi yüksək dağlıq ərazidir, ehtiyyatlı olmalıdılar", - A.Nəcəfli deyib.