Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) şəxsi heyəti tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edib. Modern.az xəbər verir ki, SOMDA əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ehtiramlarını bildiriblər.