Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfərə hazırlaşır. Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
Simonyan dəqiq tarixin hələ müəyyən edilmədiyini, lakin artıq dəvətnamənin alındığını qeyd edib.
"Xanım Matviyenko bu yaxınlarda bizi ziyarət etdi və mən qarşılıqlı səfər üçün dəvətnamə aldım. Biz həmçinin onun ad günü münasibətilə danışdıq. Səfərin təfərrüatlarını müzakirə etmədik; tarixlər hələ dəqiqləşdirilməyib", - Simonyan deyib.
O, əlavə edib ki, səfər rəsmi olacaq.