Azərbaycanın xarici ticarət dövriyyəsində qida məhsullarının idxalı önəmli yer tutur.
Modern.az Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, şəkər və şəkərdən qənnadı məmulatlarının alınmasına 220 milyon dollardan çox pul xərclənib.
Digər ən yüksək idxal göstəriciləri taxıldan və undan hazırlanan məhsullar: 175,5 milyon dollar, müxtəlif qida məhsulları 138,5 milyon dollar, kakao və ondan hazırlanan məmulatlar: 121 milyon dollar, heyvan yemləri 120,6 milyon dollar, tütün və onun əvəzediciləri: 106. milyon dollar yer alıb.
İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycan qida təminatında 75% xaricdən asılıdır.
Hətta yerli istehsal olan bəzi ərzaq məhsullarının xammalı da xaricdən gətirilir. Məsələn, süd məhsul edən yerli şirkətlər olsa da süd tozu xaricdən alınır. Ölkədə o qədər çay becərilmir. Amma yerli çay istehsalçıları bazarı təmin edir. Qiymət artımının əsas səbəbi də budur. Azərbaycan hazır məhsulların xammalının becərilməsində, eləcə də istehsalında böyük potensiala sahibdir. Çay kolunun ərsəyə gəlməsi üçün 6 il lazımdır. Faydanı 6 il gözləmək üçün böyük vəsait lazımdır. Güzəştli bank kreditləri verilməlidir".
Ekspert qeyd edib k, strateji addım olaraq ən çox ərzaq buğdasının tədarükünü görmək lazımdır. Bunun becərilməsi üçün kifayət qədər imkan var.
Qeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ilk və yeganə şəkər fabrikidir.