Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib.
Modern.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa aparılacaq.
Milli Qəhrəmanla vida mərasimi də Hərbi Memorial Məzarlıqda keçiriləcək.
Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.(Mənbə oxu.az)




