Hakimiyyət orqanları səfirliyinin işini, digər səfirliklərdə olduğu kimi, heç bir məsələnin İran səfirliyinin işinə mane olmamasını təmin etmək üçün diqqətlə izləyir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İran səfiri Xəlil Şirqolaminin narazılığına cavab olaraq deyib. Paşinyan qeyd edib ki, 2018-ci ildən bəri Ermənistanda heç bir etiraz aksiyası qadağan edilməyib.
"Biz İrandan gələn bəyanatlara çox diqqətlə yanaşırıq. Dost ölkəmizin hər hansı bir narahatlığını aradan qaldırmaq üçün hər şeyi etmişik və etməyə davam edəcəyik... Və qardaş İran səfirliyinin işində heç bir problemin olmaması üçün bütün mümkün addımları atacağıq", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün İran səfiri Xəlil Şirqolami diplomatik nmayəndəliyinin qarşısında keçirilən etiraz aksiyalarına sərt reaksiya vermişdi. O, Ermənistanın anti-İran qüvvələrinin mərkəzinə çevrildiyini demişdi.