ABŞ İrandakı hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
Bildirilib ki, iclasın bu gün günortadan sonra keçirilməsi planlaşdırılır.
Bundan başqa, “The Guardian“ yazdığına görə, bir neçə gün əvvəl İranda ölüm cəzasına məhkum olunduğu deyilən Erfan Soltaninin edamının təxirə salındığı ilə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranda edamların planlaşdırılmadığını və bunu etibarlı mənbələrdən eşitdiyini deyib.(APA)