Potensial sülh sazişinin bağlanmasına Rusiya deyil, məhz Ukrayna mane olur.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə Reuters agentliyinə verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin özü tərəfindən başlanan və artıq təxminən dörd ildir davam edən Ukrayna müharibəsini başa çatdırmağa hazırdır.
“Putin hazırdır, məncə, Ukrayna razılaşmaya daha az hazırdır”.
ABŞ-ın himayəsi altında aparılan danışıqların indiyədək İkinci Dünya müharibəsindən bəri Avropadakı ən böyük hərbi münaqişənin həllinə gətirib çıxarmamasının səbəbi barədə suala Tramp bir sözlə cavab verib: “Zelenski”. Dəqiqləşdirici sualdan sonra isə əlavə edib: “Məncə, onun buna getməsi çətindir”.