İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bildirilib ki, nümayişlər zamanı ölənlərin sayı 2 615-ə yüksəlib.
Vurğulanıb ki, ölkə üzrə baş verən toqquşmalar nəticəsində 2 054 nəfər yaralanıb, 18 470 nəfər isə saxlanılıb.
Qeyd edək ki, İran rəsmiləri etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı indiyədək rəsmi məlumat yaymayıb. HRANA bir gün əvvəl ölənlərin sayının 2 550 olduğunu açıqlamışdı.
Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ağır iqtisadi vəziyyət səbəbindən başlayıb, daha sonra ölkənin bir çox şəhərinə yayılıb.