Bu fikirləri Metbuat.az-a nəqliyyat üzrə ekspert İlqar Hüseynli edib. Layihə barədə danışan ekspert hesab edir ki, istisna olaraq Sumqayıt-Bakı arasında paytaxtın bir neçə istiqamətinə yol ötürücülərinin tikintisi Bakı-Sumqayıt şossesində sıxlığın aradan qaldırılmasına köməklik göstərə bilər:
“Bakı şəhərində daxili sıxlığın yaranmasına səbəb birbaşa parklama ilə bağlıdır. Həm şəhərin parklama imkanları kifayət qədər məhduddur, həm də alternativ nəqliyyat sistemindən istifadə edənlərin sayı azdır. Mən burada alternativ nəqliyyat sistemi dedikdə velosipedlərdən, mopedlərdən, digər aztutumlu nəqliyyat vasitələrindən istifadəni nəzərdə tuturam.
Baş plan çərçivəsində tramvay yollarının bərpası planlaşdırılır. Çox maraqlıdır, bəzi vətəndaşlarımız bahalı “cip”lərini qoyub həmin o tramvaylardan istifadə edəcəklərmi?. Sadaladığım faktorlar bir-biri ilə sıx bağlıdır. İndidən 2040-cı ilə qədər “Baş plan tam olaraq yekunlaşacaq və hər şey gözəl olacaq”,- demək çox çətindir”.
Gülbəniz Hüseynli / Metbuat.az