ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin İrandakı vəziyyətlə bağlı yeni məlumatlar aldığını açıqlayıb.
Modern.az xəbər verir ki, o, Vaşinqtonun ölkədə qətllərin və edamların dayandırıldığı və başqa edamların planlaşdırılmadığı barədə məlumat aldığını söyləyib.
"İranla bağlı paylaşacaq bəzi xəbərlərimiz var. Qətllərin və edamların dayandırıldığı və sonrakı edamlar üçün heç bir planın olmadığı barədə məlumat aldıq. Bunu yoxlayacağıq. Əgər belə deyilsə, çox məyus olacağıq", - ABŞ Prezidenti bildirib.
O, ABŞ-ın alınan məlumatları yoxlamaq niyyətində olduğunu və vəziyyətin faktiki inkişafına əsasən hərəkət edəcəyini vurğuladı.