Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək
***
Sumqayıt Dövlət Texniki Kollecin binasında yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, inzibati bina yataqxana kimi də fəalliyyət göstərir. Belə ki, binanın üst mərtəbəsində tələbələr və məcburi köçkünlər qalırlar.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib
Bbildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Görüntüləri təqdim edirik: