Cəlilabadda yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hərəkətdə olan motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarətlər alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)