Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunub.
Modern.az xəbər verir ki, bu gün bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas keçirilib. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılıb.
Qərara əsasən, Ağadadaş Ağayev şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib.
***
11:32
Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunur.
Modern.az xəbər verir ki, bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas başlayıb. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılır.
Ağadadaş Ağayevin şərti cəzanın çəkilməmiş hissəsindən azad ediləcəyi bildirilir.
Qeyd edək ki, 2024-cü il iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub. Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib. (Mənbə APA)