İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Tehrandakı səfirini bir gün əvvəl Londonda baş vermiş insidentlə əlaqədar çağırıb və ona etiraz edilib.
Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Xatırladaq ki, Londonda diplomatik nümayəndəlik yaxınlığında keçirilən aksiya zamanı naməlum etirazçı səfirlik binasından İslam Respublikasının bayrağını cırıb. XİN-ə çağırılan səfirə İran İslam Respublikasının bayrağının təhqir olunması ilə bağlı sərt etiraz bildirilib.
Xatırladaq ki, yanvarın 10-da naməlum şəxs İranın Londondakı səfirliyinin eyvanına çıxaraq orada asılmış bayrağı cırıb. Polis iki etirazçını saxlayıb: onlardan biri ağırlaşdırılmış sərhədi pozmaqda və fövqəladə hallar işçisinə hücum etməkdə, digəri isə ərazini ağır şəkildə pozmaqda ittiham olunub.