Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub. Modern.az-ın Dini Komitədən əldə etdiyi məlumata görə, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib. Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi. Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda politologiya ixtisası üzrə bakalavr təhsili alıb.
2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini bitirib.
2003-2006-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorantura təhsilinə yiyələnib.
2013-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.
O, ölkə Prezidntinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.