Azərbaycanda üç televiziya kanalının və bir radio kanalının yayımını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Modern.az-a Audiovizual Şuradan verilən məlumata görə, qərarda "Reklam haqqında" və "Media haqqında" qanunları pozduqlarına görə Dünya TV, MTV və Space TV-nin, eləcə də Space FM radio kanalının yayımının müvəqqəti olaraq dayandırılması nəzərdə tutulur.
Audiovizual Şuranın qərarına əsasən, Dünya TV 15 yanvar saat 21:00-dan 00:00-dək, MTV 15 yanvar saat 15:00-dan 18:00-dək, Space TV 14 yanvar saat 12:00-dan 15:00-dək və Space FM 15 yanvar saat 18:00-dan 21:00-dək yayımını müvəqqəti dayandıracaq.