Yanvar ayının 13-dən respublika ərazisində yağan qar Cənub bölgəsində yağan qar ciddi problemlər yaradıb.
Bu barədə Metbuat.az-ın qaynar xəttinə sakinlər müraciət edib. Sakinlər bildiriblər ki, 36 saatdan çoxdur ki, şəhərin mərkəzi küçələrində elektrik verilişi bərpa edilməyib. Qar səbəbindən Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan dəyib. Xüsusən də yollarda nəqliyyatın hərəkərində məhdudiyyətlər yaranıb.
Vəziyyət ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, aidiyyəti idarələrin işçi qüvvələrəri gücləndirici iş rejimində çalışır. Lənkəranın əsas küçə və prospektlərinin qardan təmizlənməsi işləri davam edir. Zərifə Əliyeva, Koroğlu, Nizami, Füzuli, Mirmustafa xan, Əli Məmmədov, F.Məmmədov, Nəsimi, Şəhidlər Xiyabanı, T. İsmayılov, H.Abdullayev, H. Aslanov, Mirsalayev, Nəsirli, Paşa Təhməzov, A.Əliyev, Heydər Əliyev və digər əsas küçələr və prospeklərdə hərəkət artıq tam bərpa olunub.