Səudiyyə Ərəbistanı Pakistandan çoxməqsədli JF-17 qırıcı təyyarələrinin alışı üçün danışıqlar aparır.
Modern.az xəbər verir ki, hazırda 4 milyard dollarlıq müqavilə üzrə danışıqlar gedir.
Müqavilə Pakistanın Səudiyyə Ərəbistanına olan 2 milyard dollara qədər borcunun bağışlanmasını da əhatə edə bilər.
Xatırladaq ki, dördüncü nəsil qırıcı təyyarəsi olan çoxməqsədli JF-17 Pakistan və Çin tərəfindən birgə istehsal olunur. Azərbaycan ilkin olaraq Pakistandan bu qırıcıların 24 ədədini alıb. Qırıcı təyyarələr Bakıda keçirilən son hərbi paradda da Bakı səması üzərində uçuş həyata keçirib.