Bakıda 38 yaşlı kişi zəhərlənərək ölüb.
Modern.az xəbər verir ki, hadisə yanvarın 7-də Xəzər rayonunda baş verib. Buzovna qəsəbə sakini 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yaşadığı evdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Onun spirtli içkidən zəhərləndiyi ehtimal olunur.
Araşdırma aparılır.