“İnnovasiya və Təchizat Mərkəzi” 2026-cı il üçün neyrocərrahiyyə əməliyyatlarının icrasında istifadə olunacaq tibb vasitələri və ləvazimatların satın alınması üzrə müsabiqə elan edib.
Modern.az xəbər verir ki, satınalmanın qiyməti 1 milyon 724.649,76 manat təşkil edir.
Tenderin məqsədi neyrocərrahiyyə əməliyyatlarının keyfiyyətinin artırılması və tibbi ləvazimatların yenilənməsidir.
Müsabiqə 5 fevral 2026-cı ildə Bakı şəhəri, Xocahəsən şossesi ünvanında yerləşən “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən keçirilir.