Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsini imzalayıblar.
Modern.az “Ukrinform”a istinadla xəbər verir ki, bu, çərşənbə axşamı Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra baş verib.
"Ukrayna, Fransa və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Ukraynanın müdafiəsini, yenidən qurulmasını və strateji dayanıqlığını dəstəkləmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsi imzalanıb”, - deyə məlumatda bildirilir.
Fransa Prezidentinin sözlərinə görə, müharibə bitdikdən sonra Ukrayna ordusunun sayı 700 min olacaq və Qərb tərəfdaşları dəstək verəcəklərini öhdələrinə götürüblər.
O əlavə edib ki, atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün “İstəklilər koalisiyası”nın xarici qüvvələri Ukraynada quruda, havada və dənizdə yerləşdiriləcək.