Fransada 10 nəfər birinci xanım Bricit Makronu təqib etməkdə günahkar bilinib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Bricit Makronun bioloji olaraq kişi kimi doğulduğunu, sonradan cinsini dəyişdiyini iddia etməklə onun barəsində yalan məlumat yayıblar.
Təqsirləndirilən şəxslərin əksəriyyəti 8 aya qədər şərti həbs cəzası alıblar. Bir nəfər məhkəməyə gəlmədiyinə görə həbs edilib.
Hamısı Fransa birinci xanımının cinsi və cinsi oriyentasiyası haqqında yalan yaymaqda, eləcə də Emmanuel Makron və xanımı arasındakı 24 illik yaş fərqi haqqında "pis niyyətli ifadələr" yaymaqda günahkar biliniblər.
Hakim bildirib ki, bütün təqsirləndirilən şəxslər internetdə təhqiramiz şərhlər yazmaqla Bricit Makrona zərər vermək niyyəti ilə hərəkət ediblər.