Venesuela lideri Nikolas Maduro devrilməzdən bir neçə gün öncə ABŞ-dən Türkiyəyə mühacirət etməklə bağlı təklif alıb.
Modern.az xəbər verir ki, bu məlumatı amerikalı senator Lindsi Qrem təsdiqləyib. O, Donald Trampın təyyarədə jurnalistlərə dediyi "Venesuela prezidenti Nikolas Maduro bu gün Türkiyədə ola bilərdi, amma o, Nyu-Yorkdadır (həbsdədir)", - ifadəsinin real əsasını xatırladıb.
Xatırladaq ki, bir gün əvvəl "New York Times" qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya istefa vermək və Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Maduronun bundan imtina etdiyini yazıb.
Senator Qrem bildirib ki, Venesuela lideri Trampa və ABŞ ordusuna qarşı çıxmaq qərarına gəlib və indi o həbsdədir.