Danimarka ABŞ prezidenti Donald Trampı Qrenlandiyaya qarşı təhdidlərini dayandırmağa çağırıb. Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ABŞ-ın Danimarka Krallığının üç ölkəsindən heç birini ilhaq etmək hüququ yoxdur.
O, qeyd edib ki, ABŞ liderinin Qrenlandiyanı ələ keçirməsi barədə danışmağının heç bir mənası yoxdur. Frederiksen Vaşinqtonu çox açıq şəkildə təhdidlərini dayandırmağa çağırıb.
O, həmçinin NATO-nun müdafiə zəmanətlərini və ABŞ ilə müqaviləni xatırladıb.
"Danimarka - və deməli həm də Qrenlandiya - NATO-nun üzvüdür və bizim artıq ABŞ ilə müdafiə müqaviləmiz var, biz həmçinin Arktika təhlükəsizliyinə investisiyaları artırırıq", - Danimarkanın Baş naziri vurğulayıb.
Xatırladaq ki, Trampın köməkçisinin həyat yoldaşı Qrenlandiyanın Amerika bayrağının rənglərində "Nezebhar" başlığı ilə xəritəsini dərc etmişdi. Bu, ABŞ-ın minerallarla zəngin və strateji əhəmiyyətli adaya olan marağının daha bir əlaməti idi.