"İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək məşq edir."
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Türküstan" qəzetinə verdiyi müsahibəsində deyib.
MDB prezidentlərinin sağlamlığı ilə bağlı fikirlər səsləndirən Qazaxıstan lideri Azərbaycan Prezidenti İlham Əliyevin fiziki cəhətdən güclü olduğunu və müntəzəm məşq etdiyini qeyd edib.
Tokayev həmçinin Qırğızıstan Prezidenti Sadır Japarovun futbol oynadığını, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yaxşı formada olduğunu və idman zalında məşq etdiyini, Ermənistan Baş naziri Nikol Paşinyan velosipedçi olduğunu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun hələ də hokkey oynadığını və Tacikistan Prezidenti Emoməli Rəhmonun da sağlamlığının yaxşı olduğunu qeyd edib.
Qazaxıstan Prezidenti qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə gənc cüdoçuya qarşı maraqlı fənd işlədib.
Tokayev özünün gündəlik yoqa ilə məşğul olduğunu və stolüstü tennis oynadığını bildirib.