İsveçrədə Yeni il gecəsi baş verən yanğın faciəsində həyatını itirənlər arasında Türkiyə vətəndaşının da olduğu açıqlanıb.
Modern.az İsveçrə mediasına istinadən xəbər verir ki, Məşhur Krans-Montana dağ-xizək kurortunda yerləşən Le Constellation barında baş verən yanğın nəticəsində ölənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Səlahiyyətlilər yanğında ölən 40 nəfər arasında bir Türkiyə vətəndaşının olduğunu açıqlayıb.
18 yaşlı Türkiyə vətəndaşının adının Taylan Kaya olduğu bildirilir.
Qaziantepdən İsveçrəyə mühacirət edən ailənin Sionda yaşadığı məlum olub.