“Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi planı ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dönəmində hazırlanmışdı”.
Modern.az xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton CNN telekanalına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Tramp əvvəlcədən Venesuela neftinə maraq göstərib və Maduronun devrilməsi ideyası onu maraqlandırıb.
Bolton qeyd edib ki, lakin Trampın diqqətini uzun müddət bu məsələdə saxlamaq mümkün olmayıb.
Onun sözlərinə görə, sonradan ABŞ-nin dövlət katibi Marko Rubio görünür ki, Trampı ikinci prezidentlik müddətində tədbir görməyə inandıra bilib.