Venesuela paytaxtı Karakasda ən azı yeddi partlayış baş verib və bir neçə təyyarə şəhər üzərindən uçub.
Modern.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Karakasın cənubundakı böyük bir hərbi bazanın yaxınlığında baş verən partlayışlar elektrik kəsilməsinə səbəb olub.
Karakas şəhəri üzərində ABŞ-ın AH-64 Apache hücum helikopterlərini və CH-47 nəqliyyat helikopterlərinin uçduğu barədə məlumatlar var.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Venesuelada quru əməliyyatları vəd edib. Bu əməliyyatlara sanksiyaların genişləndirilməsi, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun artırılması və Sakit Okean və Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə 20-dən çox zərbə də daxildir.