“Bir yaşından üç yaşına kimi uşağlara uşaq yeməyi dövlət tərəfindən pulsuz verilməlidir. Hər bir valideyn ay ərzində ən azından 300-400 manat pulu uşağı saxlamaq üçün xərcləməli olur. Sual oluna bilər, bu gün hansı ailənin uşağın xərcləri üçün üçün 300-400 manat ayırmaq imkanı var?”
Sosial problemlər səbəbindən evlilik üçün addım ata bilməyən gənclər barədə də danışan deputat qeyd edib ki, qurulan ailələrdə imkansızlıq səbəbindən atalar ümumiyyətlə uşaqlarını atıb gedirlər:
“Nəticədə, analar aliment almaq üçün məhkəmələrə üz tutmalı olurlar. Bu gün bu problemlərə görə ailə dəyərlərimiz təhlükə altına düşüb. Bu məsələlərin həll olunması vacibdir”.