2026-cı ilin əvvəlində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Müşahidə Şurasında təmsil olunan qurumlar artıq təmsilçilərini təqdim edib. Yeni tərkibin üzvləri aşağıdakı şəxslərdir:
Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, ildə 2 dəfədən az olmayaraq, iclaslarını keçirməlidir.
Ü.Qarayeva onu da açıqlayıb ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında da Agentliyi yeni nümayəndələr təmsil edəcək.