Rusiya Prezidenti Vladimir Putin bir sıra dünya liderlərini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Modern.az xəbər verir ki, Kremlin məlumatına görə, Rusiya Prezidenti bir sıra xarici dövlət və hökumət başçılarına təbriklər göndərib. Onların arasında ABŞ lideri Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin sədri Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Roma Papası XIV Leo, Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fiko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Koreya lideri Kim Çen In, Venesualea Prezidenti Nikolas Maduro, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko da var. Onlardan başqa Putin aşağıdakı liderlərə də təbrik mesajı ünvanlayıb:
Vyetnam Prezidenti Luong Kyung və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam; Braziliya Prezidenti Luis İnasio Lula da Silva; İndoneziya Prezidenti Prabovo Subianto; Myanma baş naziri Min Aung Hlain; Ermənistan Prezidenti Vaagn Xaçaturyan; Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev; Qırğızıstan Prezidenti Sadır Japarov; Tacikistan Prezidenti Emomali Rahmon; Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov; Özbəkistan Prezidenti Şavkat Mirziyoyev; Hindistan Prezidenti Draupadi Murmu; Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes; Laos Prezidenti Thongloun Sisulit; Monqolustan Prezidenti Uxnagiin Xurelsux; Nikaraquanın həmsədrləri Daniel Orteqa və Rosario Murillo; Efiopiya Prezidenti Taye Atkeselassie; Efiopiyanın Baş naziri Abiy Əhməd; Cənubi Afrika Prezidenti Siril Ramafosa. Bundan əlavə, Rusiya lideri Almaniyanın keçmiş kansleri Gerhard Şröderi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı, eləcə də Kubanın dövlət xadimi Raul Kastronu təbrik edib.
Putin separatşı "Cənubi Osetiya prezidenti" Alan Qaqloyevlə "Abxaziya prezidenti" Badra Gunbanə da təbrik edib. Son illərdə Rusiya lideri ABŞ Prezidentinə mesaj göndərməyib. Kreml bunu ABŞ-ın dost olmayan ölkə olması ilə izah edib. Lakin Trampın Ağ Evə qayıtmasından sonra Moskva dəfələrlə Vaşinqtonla münasibətlərin yaxşılaşdığını qeyd edib.