Bu gün Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub. Hər iki tərəf münasibətlərin normallaşması üçün səylərini səfərbər ediblər. Artıq iki ölkə rəsmiləri arasında təmaslar daha da artıb, artıq Azərbaycan nefti Ermənistana ixrac olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib. “Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində qələbəmiz daha da möhkəmləndi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri daha da sürətləndi”.
Ceyhun Məmmədov ötən il 8 avqust sazişi, o cümlədən Azərbaycanın Türkiyə, Mərkəzi Asiya, ərəb ölkələri və Avropa ölkələri ilə əlaqələrinin daha da inkiaşf etdiyini bildirib. “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 2025-ci ildə də Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Qarşıda isə bizi yeni qələbələr gözləyir”- o sonda qeyd edib.