Azərbaycan ilə Uqanda arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad ediləcək. Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” ilk oxunuşda təsdiq edilib.