Rusiya cəbhədə Ukraynadan altı dəfə çox əsgər itirir.
Modern.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusunun cəbhədə gündəlik itkiləri 1000-1100 əsgər təşkil edir.
"Rusiya bu il 14 yeni diviziya yaratmağı planlaşdırırdı. Yalnız yeddisi yaradıldı: iki dəniz piyada diviziyası yalnız bir alaydan ibarətdir. Qalan yeddi briqadanın yaradılması gələn ilə qədər təxirə salındı", - deyə Sırski qeyd edib.
General bildirib ki, Rusiya Federasiyası bu diviziyalardan şəxsi heyəti götürüb döyüş bölmələri üçün heyətlə təmin etməyə məcburdur ki, bu da Moskvanın əsgər toplamaqla bağlı problemlərini təsdiqləyir.