Ukrayna Prezidenti Volodimir Zelenski Kanadada səfərdədir.
Modern.az xəbər verir ki, o, Kanadanın Baş naziri Mark Karni ilə Halifaks şəhərində görüşüb.
Görüşün əvvəlində Karni Ukrayna liderini salamlayaraq bildirib ki, indi "ədalətli və davamlı sülh üçün şərait və imkanlar var".
“Amma bunun üçün Rusiyanın istəyi lazımdır”, - deyə Karni bildirib. O, əlavə edib ki, Rusiyanın Kiyevə son kütləvi hücumları Ukraynaya davamlı dəstəyin vacibliyini nümayiş etdirir.
Kanadanın Baş naziri həmçinin Ukraynaya 2,5 milyard dollar məbləğində əlavə iqtisadi yardım ayrıldığını açıqlayıb
Zelenski Karniyə dəstəyinə görə təşəkkür edib və Ukraynaya gecə hücumlarının Rusiya prezidenti Vladimir Putinin sülh istəmədiyini göstərdiyini söyləyib.
O, həmçinin sabah ABŞ prezidenti Donald Trampla çox konstruktiv görüş keçirməyi səbirsizliklə gözlədiyini bildirib.