Kəlbəcər rayonuna qar yağması yeni qurulan Kəlbəcər şəhərinə bir neçə ay öncə köçmüş uşaqları daha çox sevindirib.
Modern.az xəbər verir ki, Yeni il bayramını doğma yurdlarında ilk dəfə qarşılamağa hazırlaşan uşaqlar üçün qar sanki bir hədiyyə olub. Balaca kəlbəcərlilər əyləncənin dadını çıxarırlar.
Bu, onların Kəlbəcərli həyatında ilk qış və ilk qardır. Həm də buna görə əlamətdarlğı ilə seçilir.





